Çünki
sizi düşünürük.
Biz müştərilərimizin və dünyanın dəyişən enerji ehtiyaclarını qarşılamaq üçün dəyişirik.
Son yeniliklər
Nobel Energy Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inkişaf etdirilməsinə dair Azərbaycanın Energetika Nazirliyi ilə anlaşma memorandumu (AnM) imzalayıb.
01.03.2024
Nobel Energy (NEQSOL Holdinqin bir hissəsi) məmnunluqla bildirir ki, aztəminatlı ailələrdən olan 30 yüksək potensiallı gəncin reytinqli universitetlərə daxil ola bilməsi üçün lazım olan bilik və bacarıqları təmin edən təhsil layihəsini dəstəkləyir.
19.12.2023
Glensol şirkəti, qlobal yaşıl texnologiya şirkəti ENRX ilə birgə Glensolun “Sizin Vahid Pəncərəniz” (Your One Stop Shop) emalatxanasında müştəriləri üçün texnologiya Açıq Günü təşkil edib.
12.07.2023
Nobel Energy (NEQSOL Holdinqin bir hissəsi) məmnunluqla bildirir ki, Naxçıvan şəhərində 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və hasil ediləcək elektrik enerjisinin Türkiyəyə ixracına, qismən də yerli istifadəsinə dair Azərbaycanın Energetika Nazirliyi ilə anlaşma memorandumu (AnM) imzalayıb. Bu əməkdaşlıq dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi və ətraf mühitə nəzarətin təşfiq olunması baxımından mühüm bir hadisədinin tərənnümüdür.
03.06.2023
Prokon Türkiyə Tüpraş şirkəti ilə Kırıkkale Neft emalı zavodunda texniki qulluq, təmir və qurğuların yeniləri ilə əvəz edilməsi işlərinə dair iki müqavilə imzalamışdır
20.02.2023
Nobel Energy şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol, Milli Aviasiya Akademiyası ilə birgə SOCAR-ın Azneft İstehsalat Birliyinin (İB) texniki işçiləri üçün təlim proqramı həyata keçirib.
17.10.2022
Prokon Türkiyə Tüpraş şirkətləri arasında İzmit Neftayırma zavodunun sobalarının baxımı və təmirinə dair yeni müqavilə imzalanıb.
01.09.2022
Nobel Energy-nin yeni qorunan İşıq Təsbiti və Aralığı (Lidar) cihazı yerdən 200 metr hündürlükdə quruda küləyin ölçülərini effektiv idarə etməyə kömək edəcək.
28.07.2022
EnerMech OGP birgə müəssisəsi biznesin böyüməsinə və Azərbaycanda yerli peşəkarların inkişafına töhfə verir .
13.04.2022
Prokon Türkiyə şirkəti Türkiyənin sənaye nəhəngi Tüpraş ilə İzmit neft emalı zavodunda müxtəlif rezervuarların təmiri və modifikasiyası xidmətləri üzrə müqavilə imzalamışdır.
01.04.2022
Bu gün müxtəlif sektorlarda fəaliyyət göstərən Nobel Oil Services şirkətlər qrupu yeni korporativ baxışını və strategiyasını əks etdirən geniş rebrendinq kampaniyasını – şirkətin adının Nobel Energy-yə dəyişdirilməsi və korporativ loqonun yenilənməsi – tamamladığını elan edib.
01.12.2021
“Nobel Energy” və “Maurilog” şirkətləri Mavritaniya və Seneqal bazarlarında mümkün işgüzar imkanları birgə araşdırmaq məqsədilə anlaşma memorandumu imzalayıb.
11.10.2021
Cathal Kelly, VP Projects, bp, Bakıda SDL Nobel fabrikini ziyarət edərkən bp və Worley layihə idarəetmə qruplarına qatıldı. Səfər zamanı SDL Nobel tanınma mükafatları aldı.
17.07.2021
SOCAR AQŞ məmnunluq hissi ilə bildirir ki, ilk dəfə olaraq SOCAR-ın Azneft İB üçün çoxşaxəli quyunun layihələndirilməsi və qazma işlərini uğurla həyata keçirmişdir.
08.04.2021
“Turan Qazma və Mühəndislik” şirkəti MMC (A KCA Deutag və SOCAR AQŞ Şirkəti) “BP Exploration (Caspian Sea) Limited” ("BP") adından satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarə etmək üçün müqaviləyə dəyişiklik edildiyini bildirib.
20.08.2020
“Bu mükafat, əməkdaşlarımızın çalışdığı işgüzar mühiti daha təhlükəsiz və daha rahat etmək üçün göstərdiyimiz bütün səylərin ən yaxşı təsdiqidir” Nobel Oil Services şirkətinin Baş Kommersiya Direktoru Eldar Məmmədzadə qeyd etmişdir.
25.02.2020
Nobel Oil Services şirkəti, Qazaxstan Respublikasında qazma işlərinə aid ilk kontraktını Evrika Oleum şirkəti ilə bağladı.
03.02.2020
“Nobel Oil Services” şirkətinin törəməsi olan SOCAR AQŞ Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə dair müqavilə imzalayıb.
18.10.2019
Bu gün “Turan Qazma və Mühəndislik” MMC ("KCA Deutag" və "SOCAR-AQŞ" şirkəti) "BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti ilə ilk müqaviləsinin bağlandığını elan edib.
16.04.2019
“Nobel Oil Services” şirkəti rüşvətxorluq və korrupsiyaya qarşı idarəetmə sistemində ilk beynəlxalq standartı tətbiq etməklə ilk dəfə Cənubi Qafqaz regionun neft-qaz sənayesində Etika və Komplayensin mühüm hissəsi olan ISO 37001:2016 Korrupsiyaya Qarşı İdarəetmə Sistemi (ABMS) sertifikatını əldə edib.
12.04.2019
Nobel Oil şirkətlər qrupuna daxil olan Global Energy Solutions (Glensol) şirkəti Azərbaycanda və Cənubi Qafqaz regionunda ilk dəfə turbin avadanlıqları sahəsində təlim və dəyirmi masa təşkil edilib.
15.11.2018
Nobel Oil və Wood şirkətləri Azərbaycanın neft-qaz bazarında mühəndis-layihələndirmə və əməliyyatlara dəstək xidmətləri göstərmək məqsədi ilə birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar.
31.10.2018
SOCAR AQŞ 10 saylı platformada dərinliyi 724 m olan 63 saylı quyuda qazma işlərinə başlayıb. Məlumata görə, 63 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.
01.08.2018
SDL Nobel göstərdiyi xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədi ilə öz istehsal sahəsində yenidənqurma işlərini başa çatdırıb.
28.06.2018
PROKON, mühüm əhəmiyyət kəsb edən SOCAR karbamid zavodunun tikinti layihəsi çərçivəsində layihənin baş podratçısı Samsung Engineering Co., Ltd. ilə əməkdaşlıq edərək tikinti işləri üzrə əsas podratçı qismində çıxış etmişdir. Bakıdan 35 km şimalda yerləşən zavod, vahid kompleks olaraq zəngin təbii qaz ehtiyatlarını xammal kimi istifadə edərək gündəlik 1,200 metrik ton ammiak və 2,000 metrik ton karbamid istehsalı üçün nəzərdə tutulub.
03.04.2018
Nobel Oil Services şirkətlər qrupuna daxil olan PROKON və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən GAMA Industry Inc. yeni birgə müəssisə yaradıblar.
27.02.2018
Global Energy Solutions (Glensol) şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə BP Azərbaycan şirkəti üçün növbəti layihəyə başlayır.
23.01.2018
PROKON şirkəti “SOCAR Polymer” üçün Polipropilen/Yüksək sıxlıqlı polietilen istehsalı layihəsi çərçivəsində son məhsul anbarının mühəndis-layihələndirmə, təchizat və tikinti işlərini uğurla bitirmişdir.
10.01.2018
Aktaudakı müəssisə şirkətə bölgədəki müştərilərə yüksək səviyyədə texniki xidmətlər göstərməyə və Qazaxıstanın neft-qaz bazarında fəaliyyətini genişlənməyə imkan verəcək.
28.12.2017
Nobel Oil Services şirkəti Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AmCham) İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edərək əməyin təzminatı və güzəştlər proqramı sahəsində aparılan işlər barədə üzv şirkətlər üçün təqdimat keçirib.
19.12.2017
Nobel Oil Services şirkəti işgüzar tərəfdaşlarını komplayens və korporativ siyasətlərin tələblərinə uyğun davranışa təşviq edən səmərəli Etika və Komplayens proqramını həyata keçirir.
17.11.2017
“Nobel Oil Services” şirkətinin 35 orta və yüksək səviyyəli menecerlərindən ibarət qrup, ADA Universitetinin rəhbər şəxslər üçün nəzərdə tutulan və özündə “Komandalara liderlik” və “Dəyişikliklərin idarə edilməsi” modullarını ehtiva edən “Liderlik bacarıqları üzrə ixtisaslaşmış proqram” təlimində iştirak etmişdir.
06.11.2017
Nobel Oil şirkəti şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusu ilə təltif olunub.
16.10.2017
Yığıncaqda Direktorlar Şurasının üzvləri, səhmdarın nümayəndələri və şirkətin rəhbərliyi sonuncu yığıncaqdan sonrakı müddətdə əldə edilmiş nəticələri qiymətləndirmiş və gələcək planları müzakirə etmişlər.
05.10.2017
"Bu təcrübə üçüncü tərəf təchizatçılarımıza da "Komplayens Qaynar Xətti və Problemi Paylaş" təcrübəmizə hər zaman e-poçt, telefon və poçt vasitəsilə sərbəst şəkildə müraciət etməyə təşviq edir".
10.08.2017
Bu gün (bazar ertəsi, 19 İyun, 2017-ci il) neft və qaz sənayesində aparıcı xidmət təchizatçısı olan “Nobel Oil Services” Sergey Bajanovu şirkətin yeni qrup üzrə Maliyyə Nəzarətçisi kimi təyin etdi.
24.07.2017
Nobel Oil Services məmnuniyyətlə bildirir ki, onun tikinti və layihələrin idarə olunması ilə məşğul olan törəməsi PROKON MMC karbamid zavodunun tikintisi çərçivəsində mexanika-montaj işlərinin 95%-ni, metal və polad konstruksiyalarının montajı və quraşdırılması işlərinin 99%-ni, beton işlərinin isə 100%-ni artıq yerinə yetirmişdir.
14.07.2017
IMS ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemini, ISO 14001:2004 Ətraf-Mühiti İdarəetmə Sistemini və OHSAS 18001:2007 Peşə Sağlamlığını və Təhlükəsizliyi İdarəetmə Sistemini əhatə edir.
13.07.2017
Bu prinsiplər daxilində Nobel Oil Services təchizatçıların seçilməsində uyğunluğu və şəffaflığı təşviq etmək üçün yeni korporativ miqyasda Təchizatçı Təsdiqləmə Prosedurunu (VVP) hazırlamışdır.
06.07.2017
SDL Nobel MMC istehsalat işləri üçün 80-ə yaxın işçini və dənizdəki əməliyyatlar üçün 60 texniki işə götürərək öz təcrübəsini artırmağa davam edir.
30.06.2017
Nobel Oil Services şirkəti digər törəməsi olan Global Energy Solutions MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Tərəfdaşı” statusuna layiq görüldüyünü açıqlayıb.
29.06.2017
“Nobel Oil Services” şirkəti EPC (Mühəndislik, Satınalma, Tikinti) törəməsi olan “PROKON MMC”-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “şəffaf vergi partnyoru” statusuna layiq görüldüyünü bildirir.
22.06.2017
Nobel Oil Services şirkətinin tikinti və layihənin idarə edilməsi üzrə törəməsi olan Prokon MMC 2017-ci ilin yanvar ayında Ogün Sancaklının Baş direktor vəzifəsinə təyin edildiyini açıqladı.
05.01.2017
21 iyul 2016-cı il tarixində quruda və dənizdə istehsal üzrə ixtisaslaşmış “SDL Nobel” şirkəti, Azərbaycanda Məhdud Məsuliyyət Cəmiyyəti (MMC) olaraq qeydiyyatdan keçmişdir.
21.07.2016
Azərbaycanda fəaliyyət göstərən, enerji sahəsində fəaliyyəti şaxələndirilmiş aparıcı şirkətlərdən biri olan “Nobel Oil Services”, 1-4 iyun 2016-cı ildə Bakı Ekspo Mərkə- zində keçiriləcək Xəzər Neft-Qaz Sərgisi 2016-da iştirak edəcəyini bildirməkdən məmnundur.
27.05.2016
Britaniya qeydiyyatlı “Nobel Oil Services Ltd” şirkətinin pərakəndə satışla məşğul olan qolu “Nobel Oil Downstream” şirkəti, Rumıniyada özünün ikinci YDM-ının açılışını bəyan etməkdən çox məmnundur.
16.05.2016
London qeydiyyatlı “Nobel Oil Services (UK) Ltd.” şirkəti, bu gün SAP və OpenText əsaslı korporativ məlumat sisteminin tam işə salınaraq fəaliyyətə başlamasını elan etdi.
01.04.2016
Azərbaycanda və Xəzər regionu boyunca dənizdə qazma,tikinti, satınalma, təchizat və neft-mədən xidmətlərini göstərən, London qeydiyyatlı “Nobel Oil Services (UK) Ltd” şirkəti, Jorgen Peter Rasmussen-i özünün Direktorlar Şurasının Sədri, Ali Batu-nu isə özünün Baş İcraçı Direktoru təyin etməyi elan etməkdən məmnundur.
18.02.2016
“Nobel Oil Downstream Romania” şirkəti ölkədə özünün ilk YDM-ın açdığını elan etməkdən çox məmnundur. “Nobel Oil” şirkətinin gündə təqribən 1200 avtomobilə xidmət edəcək tam yeni ultra-müasir üslubda hazırlanmış YDM-i İaşi şəhərinin şimal-şərq hissəsində rəsmi olaraq istismara verilmişdir.
YDM-ın açılış mərasimində vise-mer Daniel Matasaru, yerli işgüzar dairələrin nümayəndələri və əfsanəvi BraNobel neft şirkətinin təsisçilərindən biri, Lüdviq Nobel-in nəticəsi, “Nobel Oil Services (UK) Ltd” şirkətinin Direktorlar Şurasının üzvü Gustaf Nobel iştirak etmişdir.
“Nobel Oil şirkətinin” YDM-ı, Bd. Nicolae lorga 6M ünvanında, şəhərin ən sıx nəqliyyat arteriyası üzərində yerləşir. Yenilikçi YDM, eyni zamanda altı nəqliyyat vasitəsinə xidmət göstərən bilən üç yanacaqpaylayıcı kolonkadan ibarətdir.
“Nobel Oil Downstream” şirkətinin korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq YDM-ın üst örtüyü (damı), fotoelektrik panellərdən ibarət olmasına imkan verən yenilikçi üslubda işlənib hazırlanıb ki, bu da YDM-in elektrik enerjisinə olan ehtiyacını YDM-in özü tərəfindən ödənilməklə yerli enerji paylayıcı şəbəkələrdən asılı olmayaraq müstəqil şəkildə işləməsinə şərait yaradır.
“Nobel Oil” YDM-larının bir neçə başqa özəllikləri də vardır. Bu, müştərilərə həm ödəniş kartlarından həm də nəğd ödənişdən istifadə etməyə imkan verən Kənar Ödəniş Terminallarını (özünəxidmət avtomatları) (OPT) təklif edən Rumıniyadakı ilk YDM-dır.
YDM-larında ekspres çatdırma və kuryer xidmətlərini göstərmək məqsədi ilə “Nobel Oil” şirkəti loqistika sahəsində qlobal bazar lideri olan DHL şirkəti ilə əməkdaşlığa başlamışdır.
Müştərilər “Nobel Shop”dan münasib qiymətlərə ərzaq məhsulları və əsas tələbat mallarını da ala biləcəklər.
“Nobel Oil Services (UK) Ltd” şirkətinin Baş İcraçı Direktoru Maykl Rinq Rumıniyada ilk YDM-in açılmasının “Nobel Oil Services” şirkətinin böyümə və inkişaf strategiyasının əyanı sübutu olduğunu xüsusi olaraq vurğuladı. O bunları bildirdi: ‘Rumıniyada daunstrim seqmentindəki bu layihə bizim üçün ilk belə bir layihədir və fəaliyyəti şaxələndirmək və yeni bazarlar və əlverişli imkanlar axtarmaq üçün şirkətin istəyini əks etdirir. “Nobel Oil” şirkətinin enerji sahəsinə aid müəssisələrinin dinamik və böyüməkdə olan bir qrup kimi mövqeyini möhkəmləndirəcəyi bu təşəbbüsün uğurlu olacağına inanırıq.”
“Nobel Oil Downstream Romania” şirkətinin idarəedici direktoru Con Lonq bunları bildirdi: “Bu Rumıniya bazarına dördüncü (dünya üzrə beşinci), tamamilə yeni brend ilə isə ilk çıxışım olacaq. Məhz buna görə “Nobel Oil” şirkətini Rumıniyaya tanınmaq çox maraqlı və xoşdur.”
“DHL Express Romania”nın idarəedici direktoru Daniel Kearvell bunları bildirdi: “DHL Express” “Nobel Oil” şirkətini Rumıniya bazarına girişi və fəaliyyətinin genişləndirməsi münasibəti ilə təbrik edir. Bu şübhəsiz Rumıniya müştərilərinin artmaqda olan tələbatının qarşılanması istiqamətində atılmış mühüm bir addımdır. Eyni zamanda, “DHL” və “Nobel Oil” şirkətinin bu əhəmiyyətli əməkdaşlıq üzrə razılığa gəlməsi məni çox sevindirir, çünki həmin əməkdaşlıq nəticəsində müştərilər “Nobel” şirkətinin Rumıniyadakı bütöv YDM şəbəkəsi üzərindən DHL Express xidmətlərindən yararlana biləcək. DHL Express ölkə boyunca geniş tərəfdaş şəbəkəsinə malikdir və müştərilərimizə öz yüklərini “Nobel Oil” YDM-ları vasitəsilə göndərmək üçün daha bir imkanın yaradılması çox sevindirici haldır. Müştərilərimiz üçün çeviklik və rahatlıq, bizim üçün ən vacib iki prioritetlərdəndir və bu əməkdaşlıq DHL-ın bu sahədə attığı addımların davamının təmin edilməsi baxımından çox vacibidir.”
“Nobel Oil Downstream Romania” şirkəti 2018-ci ilə qədər ölkənin bütün ərazisini YDM-lərlə əhatə etməyi planlaşdırır.
19.11.2015
“Nobel Oil Services” şirkətinin Korporativ İnsan Resursları üzrə Direktoru Fatimə Mirzə “İlin İR Meneceri” adına layiq görülmüşdür.
16.11.2015
İlkin planın bir hissəsi olaraq şirkətin rəhbər şəxsləri də daxil olmaqla 200-dən artıq işçinin yeni korporativ ERP sistemindən istifadə etməsi gözlənilir.
02.09.2015
“Nəticədə etibarı ilə biz, regionda fəaliyyət göstərən əsas beynəlxalq və yerli müştərilərə xidmət göstərən, beynəlxalq keyfiyyətə malik Azərbaycan şirkətlərini qurub inkişaf etdirəcəyik. “Denholm” şirkəti ilə əməkdaşlıq vasitəsilə gələcək dəyər formalaşdırmağı səbirsizliklə gözləyirik.”
30.06.2015
Biz Kimik
Layihələrimiz
SOCAR Neft Emalı Zavodunun Modernləşdirilməsi
Həm “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulan neft-kimya zavodunun təmin edilməsi, həm də Avro V keyfiyyətində avtomobil yanacağının istehsal olunması məqsədilə, ildə 7,5 milyon ton xam neftin emalını idarə etmək üçün zavodun yenidən qurulması və modernləşdirilməsi
EPCM
bp şirkətinin əməliyyatçılsı olduğu 8 dəniz platformasında (Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları) Mühəndislik, Satınalma və Tikintinin İdarə olunması
Tuz Golu
Tuz Gölü Yeraltı Qaz Anbarında dərinliyi 62.000 metr, hər birinin dərinliyi 1.550 metr olan 40 ədəd süxur boşluğu (kaverna)
Klapanlara texniki xidmət
Klapanlara texniki qulluq xidmətləri, o cümlədən digərləri ilə birlikdə klapanların əsaslı təmiri və cari təmir, klapanların diaqnostikası, texniki qulluq üzrə mühəndislik
Biznesimiz
Davamlı inkişaf sahəsində məqsədlər
Beynəlxalq enerji xidmətləri göstərən şirkət kimi Nobel Energy fəaliyyət göstərdiyi ölkələrin sosial-iqtisadi inkişafına müsbət töhfələr vermək, eləcə də sənaye və ekoloji təhlükəsizlik, korporativ idarəetmə və sosial məsuliyyət standartlarına riayət etmək öhdəliyinə sadiqdir.