Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

Biznes etikası və davranış qaydaları

Biz korporativ sənədlərimizi Böyük Britaniyanın və yerli qanunvericiliyin tələblərinə uyğun və biznes etikası və davranış qaydaları üzrə ən yaxşı dünya təcrübələrinə əsasən hazırlamışıq. Bu sənədlər həm daxili həm də xarici tərəfdaşlarımızla qarşılıqlı əlaqələrə aid davranış qaydaları və öhdəliklərin tənzimləməsində şirkətin rəsmi mövqeyini əks etdirir. 

Ətraflı

Korrupsiyaya qarşı mübarizə

Hesab edirik ki, korrupsiya qanunun aliliyi üçün təhlükə yaradır, idarəetmənin səmərəliliyini azaldır, investisiya qərarları üçün əlverişsiz mühit yaradır və büdcə vəsaitlərindən və maliyyə resurslarından səmərəsiz istifadə ilə nəticələnir. Bunu nəzərə alaraq, beynəlxalq hüququn tələblərinə uyğun olaraq korrupsiya və rüşvətxorluqla mübarizə üçün daxili tənzimləyici çərçivə, habelə yerli və beynəlxalq təşkilatların korrupsiya əleyhinə tövsiyələrini hazırlamışıq.

Ətraflı

İnsan hüquqları

Biz hüquqların bərabərliyinə və milliyyəti, cinsi, mənşəyi, yaşı, dini və digər əlamətlərinə görə ayrı-seçkiliyin olmamasına, habelə işçilərin öz seçimlərinə görə istənilən ictimai təşkilatlarla ünsiyyət qurması hüququna təminat veririk.

Şirkət Əmək Məcəlləsinə və ümumiyyətlə, hər hansı ayrı-seçkiliyi, əmək hüquqları və azadlıqlarında məhdudiyyətləri istisna edən qanunvericiliyə tam uyğun işləyir. Məsuliyyətli işəgötürən kimi biz qanunvericiliyin bütün tələblərinə riayət edir və ən yaxşı dünya təcrübələrini tətbiq edirik

Ətraflı

İnformasiya şəffaflığı

Biz düzgün qərarların qəbul edilməsi məqsədilə maraqlı tərəflər üçün informasiya şəffaflığının yüksək səviyyədə təmin olunmasına məsuliyyətlə yanaşırıq. Nobel Energy bu sahədə bütün qanuni tələblərə riayət etməklə ən yaxşı beynəlxalq təcrübələrə riayət etməyə çalışır. 

Ətraflı

Məlumatlandırma və ünsiyyət

Biz hesab edirik ki, korrupsiyanın qarşısının alınması üçün əsas elementlərdən biri antikorrupsiya haqda məlumatlandırma və təlimləridir. Nobel Energy şirkətlər qrupunda mütəmadi olaraq bütün işçilərə etik davranış qaydaları öyrədilir və qanunsuz hərəkətlərə yol verilməməsi təşviq edilir. Şirkətdə vaxtaşırı rüşvətxorluğun qarşısının alınmasına yönəlmiş xüsusi tədris proqramları həyata keçirilir. Belə təlimlər bütün əməkdaşlarımız, eləcə də podratçı təşkilatların əməkdaşları üçün keçirilir.

Ətraflı

Etika və tələblərə uyğunluq qaynar xətti

Məsuliyyətli şirkət kimi biz əməkdaşlarımızdan bir sıra hallar barədə məlumat verilməsini tələb edirik. Belə hallara faktiki və ya ehtimal olunan pozuntular, hər hansı mümkün qanunsuz hərəkətlər, korrupsiya və dələduzluq hərəkətlərinin faktiki yaxud ehtimal olunan halları və ya məxfi, imtiyazlı və ya şəxsi məlumatların qeyri-qanuni əldə olunması, açıqlanması və ya sui-istifadəsi və digər pozuntu halları daxildir. 

Ətraflı