Nobel Energy

Karyera

Müxtəliflik və inklüzivlik Təlim və inkişaf Karyera imkanları Nobel Energy-də həyat

Təlim və inkişaf

Əməkdaşlarımızın təliminə və inkişafına qoyduğumuz sərmayələr işçi heyəti ilə münasibətdə vacib istiqamət olaraq qalır. Biz hesab edirik ki, əməkdaşların keyfiyyətli təlim keçməsi və peşəkar inkişafı biznesimizin uğuru üçün əsasdır. Bu səbəbdən şirkət keyfiyyətli kadr ehtiyatının formalaşdırılmasını, kollektivin loyallığının artırılmasını və əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasını daim diqqət mərkəzində saxlayır. Bu da öz növbəsində əməkdaşların qeyri-peşəkar addımları ilə bağlı risklərin minimuma endirilməsində əsas amil olaraq qalır. 

İşçi heyətinin təlimi Nobel Energy şirkətinin illik təlim və inkişaf planları əsasında həyata keçirilir. Sahənin xüsusiyyətindən asılı olaraq, hər bir struktur şirkət işçilərin ixtisasının artırılması üçün öz fəaliyyət planını tərtib edir. İnkişaf proqramları işçi heyətinin müxtəlif qruplarının təlimində müəyyən edilmiş ehtiyaclar vaciblik prinsipi əsasında qurulur. Bu sahədə bizim əsas strateji tərəfdaşlarımız aparıcı təhsil təchizatçıları kimi özünü sübut etmiş təlim mərkəzləridir. 

Şirkətimiz həmçinin seminarlar, təlim proqramları, təcrübə proqramları və universitetlərdə distant təhsil proqramları kimi əhatəli və müasir tədris vəsaitlərindən istifadə edir. Kadrlarla iş üzrə illik planımıza, əməkdaşların zəruri bacarıqlarının və səlahiyyətlərinin öyrədilməsi və inkişafı, həmçinin gənc mütəxəssislərin cəlb edilməsi və inkişafına yönəldilmiş müxtəlif proqramlar daxildir. Əməkdaşlarımız üçün nəzərdə tutulan təlim və inkişaf proqramları şirkətimizin rəqabət qabiliyyətinin zəruri səviyyəsini təmin edərək fəaliyyətimizin yeni istiqamətləri ilə bağlı problemləri uğurla həll etməyə kömək edir. 

Biz həmçinin gələcəkdə potensial işçilərimiz olan gənclərin inkişaf etdirilməsini vacib hesab edirik. Bu baxımdan, şirkətdə gənc mütəxəssislə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Ödənişli Yay Təcrübəsi” proqramı həyata keçirilir. Proqram gənc mütəxəssislərin sahəmizin müxtəlif bölmələrində praktiki biliklərinin artırılmasına, onların real iş şəraiti ilə yaxından tanış olmasına, nəzəri biliklərin təcrübədə yoxlanmasına, həmçinin Nobel Energy şirkətində işin keyfiyyəti barədə daha ətraflı məlumatın toplanmasına yönəlib. Proqramın şərtlərinə görə tələbələr bu müddət üçün müvəqqəti əmək müqaviləsi bağlayırlar və mütəxəssis kimi işə qəbul edilirlər. Bununla əlaqədar, təcrübəçilərə vaxt və iş yerindən asılı olaraq ödəniş edilir və eyni zamanda Nobel Energy əməkdaşları üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir.