Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

Məlumatlandırma və ünsiyyət

Biz hesab edirik ki, korrupsiyanın qarşısının alınması üçün əsas elementlərdən biri antikorrupsiya haqda məlumatlandırma və təlimləridir. Nobel Energy şirkətlər qrupunda mütəmadi olaraq bütün işçilərə etik davranış qaydaları öyrədilir və qanunsuz hərəkətlərə yol verilməməsi təşviq edilir. Şirkətdə vaxtaşırı rüşvətxorluğun qarşısının alınmasına yönəlmiş xüsusi tədris proqramları həyata keçirilir. Belə təlimlər bütün əməkdaşlarımız, eləcə də podratçı təşkilatların əməkdaşları üçün keçirilir. Yeni əməkdaşlar giriş təlimi proqramında rüşvətxorluq mədəniyyətinin düzgün başa düşülməsi üçün rüşvətxorluğa qarşı mübarizə haqqında bölmə ilə tanış edilir. Rüşvətxorluğun qarşısının alınmasına yönəlmiş xüsusi tədris proqramları qanunda hər hansı mümkün dəyişikliyi əks etdirmək üçün mütəmadi olaraq yenilənir.

Qanunsuz hərəkətlərin qarşısının alınması və korrupsiya və dələduzluq risklərinin minimuma endirilməsi, eləcə də qanunsuz davranışın digər hallarının aradan qaldırılması üçün Nobel Energy şirkəti ehtimal olunan və ya faktiki pozuntularla bağlı effektiv məlumatlandırmaya metodunun yaradılmasına xüsusi diqqət yetirir. Bununla əlaqədar olaraq, Böyük Britaniyada hamı tərəfindən qəbul edilmiş korporativ idarəetmənin qabaqcıl təcrübəsinə uyğun olaraq, şirkətdə “Konsern haqqında hesabat” proseduru tədbiq edilib. Bu prosedurun məqsədi əməkdaşlara rüşvətxorluq, korrupsiya və ya qanunsuz hərəkətlərin faktiki və ya ehtimal olunan halları barədə məlumat vermək üçün metodologiya təqdim etməklə “pozuntular haqqında məlumatlandırma” və “narahatlığın artması” prinsiplərinin həyata keçirilməsini dəstəkləməkdir.