Nobel Energy

Biz kimik

Haqqımızda Baxışımız, Missiyamız, Dəyərlərimiz Tariximiz Nobel irsi Korporativ İdarəetmə Bizim kimliyimiz
2005
  • Nobel Oil Ltd. ilkin olaraq satınalma və təchizat xidmətləri göstərən şirkət kimi təsis edilmişdir.
2007
  • Nobel Oil Ltd şirkəti öz imkanlarını genişləndirərək, quyuların əsaslı təmiri və mühəndislik xidmətlərini də əlavə etmişdir.

 

  • Törəmə müəssisəmiz olan Abşeron Qazma (AQS) inteqrə edilmiş qazma və quyuların idarə olunması xidmətlərini göstərmək üçün SOCAR ilə birlikdə birgə müəssisə təsis etmişdir.
2008
  • Nobel Oil özünün kəşfiyyat və hasilat fəaliyyətlərini qurmuş və inkişaf etdirmişdir. 
2012
  • Neft yataqlarında əməliyyatlar və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisə olan Global Energy Solutions təsis edilmişdir.

 

  • Tikinti və layihələrin idarə olunması üzrə törəmə müəssisə olan PROKON yaradılmışdır.
2014
  • Nobel Oil Services inteqrə olunmuş PSCM xidmətlərini göstərmək üçün Llamrei DMCC-ni təsis etmişdir.

 

  • Nobel Oil kəşfiyyat və hasilat biznesini müstəqil şirkət kimi ayıraraq, özünün korporativ strukturunu yenidən təşkil etmiş və əsas diqqətini xidmətlərin göstərilməsinə cəmləşdirmişdir.
2015
  • Nobel Oil Services Denholm Oilfield Services Limited şirkətinin Azərbaycandakı istehsalat biznesinin 50%-ni satın almışdır. 

 

  • Global Energy Solutions quyu klapanlarına texniki qulluq xidmətlərini göstərmək məqsədilə Denholm Valvecare Limited şirkəti ilə birgə müəssisə təsis etmişdir. 
2016
  • Nobel Oil özünün şirkətlər qrupu çərçivəsində SAP Müəssisənin Resurslarının Planlaşdırılması (ERP) proqram təminatı sisteminin tətbiqinə başlamışdır.
2017
  • Nobel Oil, eləcə də onun törəmə müəssisələri maliyyə fəaliyyətlərinin şəffaf həyata keçirilməsinə görə “Şəffaf Vergi Tərəfdaşı” statusu almışdır.

 

  • Global Energy Solutions öz fəaliyyətini Qazaxıstanda genişləndirmişdir.
2018
  • SOCAR AQŞ neft-qaz quyularının qazılması və mühəndislik xidmətlərinin göstərilməsi məqsədilə KCA Deutag ilə birgə müəssisə təsis etmişdir.

 

  • Nobel Oil Mühəndislik, Satınalma, Tikinti və İdarəetmə (EPCM) xidmətlərini göstərmək üçün Wood şirkəti ilə birgə müəssisə təsis etmişdir.

 

  • SOCAR AQŞ Banqladeşdə qazma əməliyyatlarına başlamışdır.
2019
  • Nobel Oil Services beynəlxalq ISO 37001:2016 sertifikatı (Korrupsiya və Rüşvətxorluqla Mübarizə üzrə İdarəetmə Sistemi) əldə etmişdir.

 

  • SOCAR AQŞ öz növbəsində Türkiyə bazarına daxil olmuşdur.
2020
  • PROKON Türkiyə bazarına daxil olmuşdur. Nobel Oil Qazaxıstanda qazma işləri üçün ilk müqaviləsini almışdır.

 

  • Turan Drilling & Engineering şirkətinə BP şirkətinin adından satınalma, texniki xidmət və anbar əməliyyatlarını idarə etmək üçün podrat müqaviləsi həvalə olunmuşdur.

 

  • PROKON şirkəti bp ilə Texniki xidmət, təmir və istismar (TXTİ) müqaviləsi imzalamışdır.
2021
  • Nobel Oil Neft və Qaz xidmətləri şirkətindən Birləşdirilmiş Enerjinin İstehsalı, İşlənməsi və Xidmətləri üzrə şirkətə çevrilmək üçün yeni strategiyasını ərsəyə gətirmişdir. Bu dəyişikliyi əks etdirmək üçün Nobel Oil brendinin adı dəyişərək Nobel Energy oldu.
2022
  • Glensol bp şirkəti ilə qaz turbinlərinə texniki xidmətin göstərilməsinə dair müqavilə imzalamışdır.

 

  • Prokon Türkiyənin dounstream (xam neftin son məhsullara çevrilməsi əməliyyatları) nəhəngi olan Tüpraş şirkəti ilə texniki qulluq, təmir və qurğuların yeniləri ilə əvəz edilməsi işlərinə dair müqavilə imzalamışdır.

 

  • Glensol xaricdə fəaliyyət göstərən mühəndis və texniki işçilərə təlimlərin keçirilməsi üçün yeni xidmət sahəsi yaratmışdır.

 

  • Nobel Energy ABŞ-ın Mühəndislik, Texniki və İdarəetmə xidmətləri şirkəti Audubonu satın almaq üçün razılığa gəlmişdir.