Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

İnformasiya şəffaflığı

Biz düzgün qərarların qəbul edilməsi məqsədilə maraqlı tərəflər üçün informasiya şəffaflığının yüksək səviyyədə təmin olunmasına məsuliyyətlə yanaşırıq. Nobel Energy bu sahədə bütün qanuni tələblərə riayət etməklə ən yaxşı beynəlxalq təcrübələrə riayət etməyə çalışır. 

Bizim Biznes etika və Davranış qaydalarımız informasiya şəffaflığının əsasını təmin edir və maraqlı tərəflər ilə həm şifahi həm də yazılı rabitə və ünsiyyətimizi şirkətin adından qanuni, doğru və peşəkar olmasını təmin edir. Şirkətin maraqlarını müdafiə etməklə, kommersiya sirlərinin və məxfi məlumatların qorunması ilə birlikdə informasiyanın əlçatanlığı və maliyyə şəffaflığı korporativ idarəetmə sisteminin əsas hissəsidir. 

Bununla yanaşı, şirkət fəaliyyəti haqqında məlumatın cəmiyyətə obyektiv şəkildə çatdırılması və maraqlı tərəflərlə sağlam əlaqənin təmin edilməsi məqsədilə, rəsmi veb səhifəsi (www.nobelenergy.com) və sosial media hesablarından (Twitter, Facebook, Linkedin, Youtube) da istifadə edir. Şirkətin veb səhifəsində onun istehsalat, maliyyə və qeyri-maliyyə fəaliyyəti haqda mütəmadi olaraq press-relizlər, elecə də davamlı inkişaf haqqın-da hesabatlar və maliyyə hesabatları yerləşdirilir.