İnteqrasiya edilmiş xidmətlər
İnteqrasiya edilmiş xidmətlər
EPC (mühəndislik, satınalma, inşaat)
EPC (mühəndislik, satınalma, inşaat)
PSCM (Satınalma və təchizat zəncirinin idarə olunması)
PSCM (Satınalma və təchizat zəncirinin idarə olunması)
Müxtəlif enerji sahələrində avadanlıqların istismarı və texniki xidməti üzrə xidmətlər göstərir.
2012-ci ildə əsası qoyulmuş Glensol şirkəti Azərbaycanda və Xəzər regionunda neft yataqlarında avadanlıqların istismarı və texniki xidməti üzrə fəaliyyət göstərməsi üçün yaradılmışdır.
Xəzər regionunda neft-qaz və tikinti bazarında fəaliyyət göstərən tikinti və layihə idarəetmə şirkətidir.
2012-ci ildə əsası qoyulmuş Prokon şirkəti Azərbaycan bazarında mühüm layihələr üçün tikinti, mühəndislik, satınalma (təchizat) və tam fəaliyyət dövrünün idarə edilməsi üzrə peşəkar xidmətlər göstərir.
Llamrei DMCC enerji sənayesi üçün inteqrə edilmiş Satınalma və Təchizat Zəncirinin İdarə Olunması xidmətləri göstərən şirkətdir.
Nobel Energy və Denholm Energy Services şirkətləri arasında qurulmuş birgə müəssisə olan SDL Nobel 2002-ci ildən etibarən Xəzər regionunda enerji sənayesinə dəstək xidmətləri, o cümlədən dəmir konstruksiyaların hazırlanması və quraşdırılması, dənizdəki obyektlərin və infrastrukturun modernləşdirilməsi, yüksək təzyiqli atqı xətləri, gəmilər, çənlər və aidiyyəti fəaliyyətlər paketi də daxil olmaqla, boru kəməri işləri üzrə xidmətlər göstərməkdədir.
SDL Nobel bizim müştərilərimiz tərəfindən tələb olunan ən yüksək beynəlxalq standartlara uyğun ixtisaslaşmış xidmətlər portfelini təhlükəsiz, səmərəli və məhsuldar nəticələrlə təmin edir.
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy Limited və Abşeron Qazma MMC (AQŞ) tərəfindən birgə təsis olunmuş inteqrə edilmiş qazma və quyu xidmətlərinin idarəetmə şirkətidir.
Birgə Müəssisənin təsisçilərindən biri olan SOCAR sənaye üsulu ilə neft quyularının qazılmasında 160 illik təcrübəsini SOCAR AQŞ-yə gətirir, digər təsisçi AQŞ isə şirkəti qabaqcıl qazma texnologiyaları və yeni idarəetmə metodları ilə təmin edir.
Turan Drilling & Engineering (Turan Qazma və Mühəndislik) şirkəti KCA Deutag və SOCAR AQŞ tərəfindən təsis edilmiş birgə müəssisədir.
Bu şirkət dünyanın ən qabaqcıl qazma və mühəndislik podratçılarından biri kimi KCA Deutag-ın təcrübəsini SOCAR AQŞ-nin Xəzər regionunda rəqibsiz bilik, təcrübə və infrastruktur imkanları ilə birləşdirir.
Nobel Energy və Wood arasında qurulmuş birgə müəssisə olan Wood Group Azerbaijan, Xəzər regionunda inteqrasiyalı EPCM xidmətləri göstərir.
Oil & Gas ProServ (OGP) neft sənayesinə yeni texnologiyalar, səmərəli idarəetmə və lokal təcrübə təklif edən yerli şirkətdir.
Audubon Companies (şirkətlər qrupu) mühəndislik, texniki və idarəetmə üzrə innovativ həllər və texnologiyalardan istifadə edərək xidmət göstərən aparıcı bir şirkətdir.