Nobel Energy

Karyera

Müxtəliflik və inklüzivlik Təlim və inkişaf Karyera imkanları Nobel Energy-də həyat

Niyə təkcə onlayn CV hazırlayana güvənmək olmaz

Ən çox marağa səbəb olan suallardan biri budur: “onlayn (avtomatik) hazırlanan CV-lər doğurdan da işə yarayır?”

Bir şey dəqiqdir ki, iş axtarışı vaxtı CV həyati əhəmiyyətlidir. Əgər düzgün tərtib olunubsa, tez bir zamanda iş müsahibəsinə dəvət ala bilərsiniz. Əgər yanlış hazırlanıbsa, onda imtina məktubu almağa hazır olun.

İnternetdə bir xeyli CV hazırlayan və pulsuz rezüme nümunələri var ki, bunlardan bəziləri doğurdan da qəşəng görünür. Halbuki, siz yalnız avtomatik CV yaradan platformanın təklif etdiyi format və sözlərdən istifadə etsəniz CV-nizin bir mühüm çatışmazlığı olacaq – orqaniklik.

Orqanik yəni CV-nizdə ümumi deyil, sizi rəqiblərinizdən irəlidə göstərən düzgün bacarıqlar göstərilib. Orqanik həmçinin o deməkdir ki, sizin CV-nizdə işəgötürən menecerin onların biznes ehtiyaclarını qarşılayacaq kəmiyyət və keyfiyyət baxımından ölçüləbilən göstəricilər vardır.

CV-nizin xülasə hissəsi da olduqca vacibdir. O hissə bir hekayə şəklində olmalıdır. Sizin orqanik, həqiqi hekayəniz.

Şirkətlər həmişə elə adamlar axtarır ki, onların iş icralarını qaldırmağa kömək etsin. Onlar CV-yə çox ciddi yanaşırlar. Odur ki, siz CV-nizdə öncəki təcrübələrinizdə əldə etdiyiniz nailiyyətlərin biznesə nə qədər dəyər qatdığını bir neçə səmimi, qeyri-klişe cümlə ilə göstərməlisiniz.

Sonuncu, amma heç də əvvəlkilərdən az əhəmiyyətli olmayan bir məsələ: heç bir CV hazırlayan sizə demir ki, hansı CV formatı sizin üçün daha uyğundur. Belə ki, sizin rezüme düzgün formatda olmalıdır.

Bir çox işəgötürənlər xronoloji formata (xülasə-təcrübə-təhsil-rəylər) üstünlük versələr də əgər siz təzə məzunsunuzsa, iş təcrübəniz azdırsa və ya təcrübənizdə böyük boşluqlar olubsa siz ən yaxşı nəticəni funksional formatla (hədəflər-nailiyyətlər-bacarıqlar-təcrübə-təhsil-rəylər) əldə edə bilərsiniz.

Bir sözlə, CV-nizi “satmaq” istəyirsinizsə təkcə onlayn CV hazırlayan platformalara güvənməyin.