Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Glensol əcnəbi texniki mütəxəssislər üçün texniki təlimlərə başlayıb

12.09.2022

  • Xaricdə fəaliyyət göstərən mühəndis və texniki işçilərə təlimlərin keçirilməsi üçün yeni xidmət sahəsinin yaradılması
  • Yerli şirkət tərəfindən əcnəbi işçi qüvvəsinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli səriştə əsaslı təlimlərin keçirilməsi

 

Nobel Energy şirkətinin sahə əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol məmnuniyyət hissi ilə bildirir ki, İraqın neft və qaz sənayesində işləyən texniki mütəxəssisləri üçün Texniki Təlim Proqramına başlamışdır.                                                                                                                               

Təlimlər dünyanın üçüncü ən böyük neft yatağı sayılan İraqdakı Rumayla (Rumaila) yatağının əsas podratçısı Basra Energy şirkətinin (Basra Energy Company) texniki mütəxəssisləri üçün Glensolun beynəlxalq standartlara cavab verən Bakıdakı emalatxanasında təşkil olunacaqdır. 

Razılaşmaya əsasən Glensol Mexaniki Fırlanan Avadanlıqlar, Elektrik Avadanlıqarı, Mexaniki Statik Avadanlıqlar, Prosesə Nəzarət Sisteminin Avadanlıqları mövzularında təlimlər keçəcəkdir.                                                           

Təlimlərin əsas məqsədi texniki işçiləri sahədə istismar olunan avadanlıqların istehsalçının və əməliyyatları həyata keçirən təşkilatın təcrübə və prosedurlarına uyğun idarə edilməsi və xidmət göstərilməsi ilə bağlı bütün zəruri bilik və bacarıqlarla təmin etməkdir.

Mexaniki Fırlanan Avadanlıqlar mövzusunu əhatə edən ilk modul 7-11 sentyabr tarixlərində uğurla başa çatmışdır.  

Glensol şirkətinin direktor müavini Anar Orucov deyib: “Biz texniki işçilər üçün təlim proqramının təşkili ilə bağlı yeni fəaliyyət xəttinə başlamağımızdan məmnunuq və ilk sessiyaların İrqalı həmkarlarımıza keçirilməsinə xüsusilə şadıq. Əminik ki, Glensolun əsas dəyəri olan, onun yüksək ixtisaslı mühəndis və texniki mütəxəssislərdən ibarət komandası bu yeni təlim xidmət sahəmizi xaricdə genişləndirməklə yanaşı, proqramı iraqlı həmkarlarımıza ən effektli şəkildə çatdıracaq.

Glensol şirkətinin “vahid pəncərə” prinisipi ilə işləyən, ən müasir texnologiya və imkanlarla təmin olunmuş emalatxanası regionda bu sahə üzrə nəzəri və praktiki təlimlərin yüksək səviyyədə keçirilməsi üçün ən münasib platformadır. Biz qürur duyuruq ki, Glensol xarici işçi qüvvəsinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli səriştə əsaslı təlimlər təqdim etməyə qadir azsaylı Azərbaycan şirkətləri arasındadır.”

Proqramın optimallaşdırılmasını təmin etmək məqsədilə Glensol sənayenin bəzi peşəkar mütəxəssislərini də proqrama cəlb edib.

 

Redaktorlar üçün qeyd  

2012-ci ildə Nobel Energy şirkətinin törəməsi kimi yaradılmış Glensol şirkəti neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. Glensol böyük enerji şirkətləri də daxil olmaqla regionda və dünyada yerli və xarici neft və qaz şirkətlərinə turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. 

Glensol şirkəti haqda daha ətraflı məlumat üçün: www.glensol.az