Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

İqlim dəyişikliyinə təsirimiz

Nobel Energy şirkəti iqlim dəyişikliyinə qarşı mübarizəni və BMT-nin ümumi qlobal istiləşmənin 2 dərəcədən aşağı səviyyəyə qədər məhdudlaşdırılmasına yönəldilmiş iqlim dəyişikliyi haqqında Paris sazişini dəstəkləyir. Biz başa düşürük ki, bu məqsədə nail olmaq üçün məsuliyyət yalnız dövlətlərin deyil, həm də özəl sektorun və vətəndaş cəmiyyətlərinin üzərinə düşür. Bu səbəbdən biz, bu istiqamətdə öz töhfəmizi vermək üçün həmişə fəaliyyətimizi və təşəbbüslərimizi davamlı inkişaf sahəsində məqsədlərə uyğunlaşdırmağa çalışırıq. 

Enerji şirkəti olaraq, biz davamlı inkişafın məqsədlərinə nail olmaqla bağlı məsuliyyətimizi başa düşürük. İnnovasiya həll yolları hesabına ətraf mühitə təsir problemlərini həll etmək bacarığımız müştərilərimizə eyni zamanda ətraf mühitə təsiri azaltmaqla fəaliyyətlərinin səmərəliliyini maksimuma çatdırmağa kömək edir. 

Bu baxımdan, şirkət üçün əsas prioritetlərdən biri iqlim risklərini idarə etməyə kömək edən yenilikçi texnoloji həllər təqdim etməkdir ki, bu da, fikrimizcə, bizim öz dayanıqlılığımızı və müştərilərimizin dayanıqlılığını artırır. 

Biz həmçinin dərk edirik ki, iqlim dəyişikliyinin zərərli təsirlərini azaltmaq üçün alternativ enerji mənbələrindən və enerjidən səmərəli istifadə edən sistemlərdən istifadənin dəstəkləməliyik. Bunu üçün operativ fəaliyyət təqdim eməklə yanaşı, biz həmçinin ətraf mühitə təsirimizi azaltmaq sahəsində öz hərəkətlərimizə diqqət yetirməliyik. Karbon qazının atmosferdə məcmu həcmini azaldılmasına töhfə vermək məqsədilə biz əməliyyatlarımızın səmərəliliyini artırmaq hesabına karbon qazı emissiyalarımızı azaltmağa çalışırıq.

Zərərli emissiyaların minimuma endirilməsi və əhalinin, eləcə də, ətraf mühitin qorunması No-bel Oil şirkətinin ən əsas prioritetlərindən biridir. İstixana qazlarının emissiyalarının böyük hissəsi  fəaliyyətimizdə istifadə olunan enerji və yanacaq istehlakından gəldiyindən, bizim əsas məqsədlərim-izdən biri enerjiyə qənaət və daha təmiz yanacağa keçid üçün tədbirlərin görülməsidir. 

Biz bir məsuliyyətli biznes kimi müxtəlif tədbirlər görərək, ofislərimizdə və əməliyyat sahələrimizdə enerji istehlakının azaldılması ilə bağlı qarşımıza məqsədlər qoyuruq. Bizim birbaşa enerji istehlakımız əsasən elektrik, təbii qaz və yanacaq istehlakı ilə bağlıdır.

-25%

Biz dizel mühərrikli bəzi yükləyici maşınları əvəz etmək üçün elektrik yükləyicilər satın aldıq. Əməkdaşlar layihələrdə bu maşınlarda gündəlik işləri yerinə yetirilmələrini nəzərə alsaq, biz, ətraf mühitə mənfi təsir göstərən emissiyaların və tullantıların azaldılmasına nail olduq. İndi bu maşınlarla biz yanacaq, yağ, filtrlər, radiator mayesi və adətən daxili yanma mühərriklərinə lazım olan digər əşyalardan daha az istifadə edirik.

-50%

Daha bir layihəmiz Glensol törəmə şirkətinin şəffaf dam örtüklü yeni ofisinin tikintisi ilə bağlıdır. Belə otaqların daxilində, ofis təbii işıqla işıqlandırıldığından, rahat mühit daha təmin edilir, bu da insanların sağlamlığına yaxşı təsir göstərir. Bundan əlavə, şüşə konstruksiya istiliyi əla keçirdiyindən, bu, bizə isitmə və işıqlandırmaya daha az enerji sərf etməyə imkan verir ki, bu da ətraf mühitə mənfi təsir göstərən emissiyaların və tullantıların azalmasına gətirib çıxarır.