Nobel Energy

Fəaliyyətimiz

Bizim strategiyamız Biznesimiz Proyektlər
Nobel Energy

SOCAR AQS

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy Limited və Abşeron Qazma MMC (AQŞ) tərəfindən birgə təsis olunmuş inteqrə edilmiş qazma və quyu xidmətlərinin idarəetmə şirkətidir.   

Birgə Müəssisənin təsisçilərindən biri olan SOCAR sənaye üsulu ilə neft quyularının qazılmasında 160 illik təcrübəsini SOCAR AQŞ-yə gətirir, digər təsisçi AQŞ isə şirkəti qabaqcıl qazma texnologiyaları və yeni idarəetmə metodları ilə təmin edir. 

SOCAR AQŞ 2009-cu ildən IADC-ın (Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının) üzvüdür, bütün beynəlxalq standartlara uyğunlaşmaq prinsipini qəbul etmişdir və müştərilərinə özünü doğrultmuş yüksək əlavə dəyərlə yüksək keyfiyyətli xidmətlər göstərir.

 

Şirkətin portfeli

  • Quyuların layihələndirilməsi və planlaşdrılması (mühəndislik)
  • Neft, qaz və yeraltı anbar (rezervuar) quyularının qazılması
  • Yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazılması
  • Maili istiqamətləndirilmiş və üfüqi quyuların qazılması
  • Çoxlüləli quyuların qazılması və tamamlanması
  • Quyuların əsaslı təmiri və cari təmir əməliyyatları
  • Qoruyucu kəmərlərin quyuya endirilməsi
  • Atqı Əleyhinə Preventorun təmiri və sınaqdan keçirilməsi
  • Qazma qurğusunun çodernləşdirilməsi, təchizatı, mobilizasiya və demobilizasiyası
  • Ənənəvi tamamlama üsulları və qum təzahürünə nəzarəti təmin edən tamamlama vasitələri

SOCAR AQŞ ümumilikdə 6 qazma qurğusunu istismar edir ki, onlardan ikisi rəqəmsal texnologiyalı qazma qurğusudur. 6 qazma qurğusunun hamısı dənizin Azərbaycan sektorunda, Ümid, Günəşli, Qərbi Abşeron, Bulla-dəniz yataqlarında fəaliyyət göstərir. 

Şirkət həmçinin Türkiyədə, Tuz Gölü UGS layihəsində qazma proqramının texniki tələblərinə cavab vermək məqsədilə quyuları ən səmərəli üsulla qazmaq üçün 6 ədəd müxtəlif ölçülü qazma qurğusunu istismar edir. 

Özünün davamlı beynəlxalq inkişaf hədəfləri çərçivəsində və xərc baxımından səmərəliliyi əhəmiyyətli dərəcədə saxlamaqla dənizdə və quruda yerləşən mürəkkəb və kompleks qazma layihələrini həyata keçirmə potensialını artırmaq məqsədilə, SOCAR AQŞ KCA Deutag şirkəti ilə birlikdə 2018-ci ildə Turan Qazma və Mühəndislik adlı birgə müəssisə (BM) təsis etmişdir. 

 

Ətraflı