Nobel Energy

Fəaliyyətimiz

Bizim strategiyamız Biznesimiz Proyektlər
Nobel Energy

SDL Nobel

Nobel Energy və Denholm Energy Services şirkətləri arasında qurulmuş birgə müəssisə olan SDL Nobel 2002-ci ildən etibarən Xəzər regionunda enerji sənayesinə dəstək xidmətləri, o cümlədən dəmir konstruksiyaların hazırlanması və quraşdırılması, dənizdəki obyektlərin və infrastrukturun modernləşdirilməsi, yüksək təzyiqli atqı xətləri, gəmilər, çənlər və aidiyyəti fəaliyyətlər paketi də daxil olmaqla, boru kəməri işləri üzrə xidmətlər göstərməkdədir. 

SDL Nobel bizim müştərilərimiz tərəfindən tələb olunan ən yüksək beynəlxalq standartlara uyğun ixtisaslaşmış xidmətlər portfelini təhlükəsiz, səmərəli və məhsuldar nəticələrlə təmin edir. 

 

Şirkətin portfeli

• Dəmir konstruksiya komponentlərinin hazırlanması və quraşdırılması

• Boru kəməri sisteminin komponentlərinin, karbon, ekzotik polad hissələrin və şüşə lifi ilə möhkəmləndirilmiş epoksidlərin hazırlanması və quraşdırılması

• Axın xəttinin hazırlanması və quraşdırılması

• Dəmir konstruksiyalarda səthin hazırlanması və üzlənməsi

• Ölçü nəzarəti və lazerlə yoxlama

• Hazırlanmış materialların təftişi

• Hazırlanmış yığma materialların təzyiq altında sınağı

• İşçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlər, o cümlədən:

- Sertifikatlı qaynaqçılar, montajçılar və üzləyicilər

- 3-cü dərəcəli montajçılar

- Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət (QA & QC) mühəndisləri

- Layihəyə nəzarət və planlaşdırma mühəndisləri

- Təhlükəsizlik üzrə məsləhətçilər, qaynaq müfəttişləri

- Rəngsazlar, fəhlələr

 

Ətraflı