Nobel Energy

Fəaliyyətimiz

Bizim strategiyamız Biznesimiz Proyektlər
Nobel Energy

Prokon

Xəzər regionunda neft-qaz və tikinti bazarında fəaliyyət göstərən tikinti və layihə idarəetmə şirkətidir.

2012-ci ildə əsası qoyulmuş Prokon şirkəti Azərbaycan bazarında mühüm layihələr üçün tikinti, mühəndislik, satınalma (təchizat) və tam fəaliyyət dövrünün idarə edilməsi üzrə peşəkar xidmətlər göstərir. 

Yarandığı vaxtdan yüksək keyfiyyətli layihələri təhlükəsiz şəkildə, vaxtında və büdcəyə uyğun yerinə yetirməyə imkan verərək ‘təcrübəli işçi heyəti və sınanmış sistemləri’ olan şirkət imici qazana bilib. Prokon müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi, işə sadiqlik, layihələrin uğurla həyata keçirilməsi və əməkdaşların vicdanlı olması sayəsində qazandığı misilsiz nüfuzu ilə daha çox qürur duyur.

Şirkətin gücü təkcə müvafiq bilik sahələri üzrə diqqətlə seçilmiş peşəkar və texniki heyətin keyfiyyətində və bilik və bacarıqlarının dərinliyində deyil, həm də işə dürüst və qabaqlayıcı yanaşmasındadır. Layihə komandası işləri bu yanaşma ilə idarə edərək və davamlı olaraq bütün layihə prosesində peşəkarlıq göstərərək, müştərinin maraqlarını daim təmsil və müdafiə edir və xərclərə nəzarət edir.

Prokon müştərinin baxışı və gözləntiləri barədə aydın bir fikir formalaşdıraraq layihəyə onların nöqteyi-nəzərindən baxır. Şirkət müştərilərin biznesinin, büdcə məqsədlərinin, qərarlarının qəbul edilməsi qrafiki və proseslərinin anlayışını formalaşdırır. Şirkət hər bir layihə üçün layihənin idarə edilməsinin ən uyğun üsullarını, eləcə də layihənin uğurla həyata keçirilməsini təmin etmək üçün tikinti üzrə işçi heyəti və məsləhətçilər seçir. Şirkətin idarəetməyə yanaşması və tikinti sahəsində peşəkarlardan ibarət yüksək ixtisaslı işçi heyəti layihənin təhlükəsiz şəkildə, vaxtında, müəyyən edilmiş büdcə çərçivəsində və daim müştərinin gözləntilərindən üstün yüksək keyfi-yyət standartlarına uyğun olaraq təhvil verilməsi ilə nəticələnir.

 

Şirkətin portfeli

  • Mühəndislik
  • Tikinti
  • Layihələrin idarə olunması
  • MRO
  • Anbar və materialların idarə olunması
  • İstehsal

 

Ətraflı