Nobel Energy

Fəaliyyətimiz

Bizim strategiyamız Biznesimiz Proyektlər
Nobel Energy

Oil & Gas ProServ

Oil & Gas ProServ (OGP) neft sənayesinə yeni texnologiyalar, səmərəli idarəetmə və lokal təcrübə təklif edən yerli şirkətdir. 

 

Şirkətin portfeli

  • Yataqların işlənməsi üzrə tədqiqat
  • Proqressiv vintli nasosların quraşdırılması, tətbiqi və onlara texniki xidmət
  • Asfalten-qudron-parafin çöküntülərinə qarşı kimyəvi maddələrin tətbiqi
  • Qum və su izolyasiyasına qarşı kimyəvi maddələrdən istifadə
  • Neft yatağı avadanlıqları üçün korroziya əleyhinə həll üsulları
  • Quyularda inteqrə edilmiş plastik perforasiya texnologiyalarının tətbiqi
  • Yetkin neft sahələrindən quyuların neftvermə qabiliyyətinin artırılmasına imkan verən yeni texnologiya və üsulların tətbiqi

 

Biz necə biznesə dəyər qatırıq

  • Mövcud imkanların davamlı araşdırılması
  • Meydana çıxan problemlərin müştəri ilə birlikdə təhlili
  • Ən son texnologiyaların tətbiqi
  • Sərfəli qiymətə ən uyğun və səmərəli həll üsulları
  • Davamlı və qənaətbəxş xidmətlərin göstərilməsi
  • Müştəri məmnuniyyəti

 

Bizim neft və qaz sənayesində ənənəvi və mexaniki neft hasilatı üsulları üzrə təcrübəmiz mövcuddur. 

Bundan başqa, biz quyulara dair məlumatların təhlilində və geoloji statistikada ən son alətlər və metodlarla tanışıq və neft yataqlarında qarşıya çıxan müxtəlif çətinliklərin öhdəsindən gəlmək üçün səmərəli metodlar təklif edirik.