Nobel Energy

Fəaliyyətimiz

Bizim strategiyamız Biznesimiz Proyektlər
Nobel Energy

Glensol

Müxtəlif enerji sahələrində avadanlıqların istismarı və texniki xidməti üzrə xidmətlər göstərir.

2012-ci ildə əsası qoyulmuş Glensol şirkəti Azərbaycanda və Xəzər regionunda neft yataqlarında avadanlıqların istismarı və texniki xidməti üzrə fəaliyyət göstərməsi üçün yaradılmışdır.

Şirkət fəaliyyət göstərdiyi sahələr üzrə sahib olduğu təcrübə və səriştəsi ilə yüksək səviyyəli iş icrası nümayiş etdirir. Glensol şirkəti yarandığı vaxtdan fərdi yanaşma, şəxsi və peşəkar inkişaf, maraqlı tərəflər üçün müstəsna dəyərin təmin edilməsi prinsiplərinə sadiq qalaraq, birinci dərəcəli xidmət təchizatçısı adını qazana bilib. Şirkətin əməliyyat xidmətləri dərin sahə təcrübəsi və peşəkarlığa əsaslanması iş görmə qabiliyyətini və avadanlıqların təmirə yararlılığını artırmağa və istismar xərclərini minimuma endirməyə imkan verir. Qabaqcıl həll yolları tətbiq etməklə Glensol boşdayanma vaxtını azaldır və texnoloji proseslərin davamlılığını təmin edir.

 

Şirkətin portfeli

  • Qaz turbin generatoru ve qaz turbin kompressor qurğularının təmiri
  • Nasosların təmiri
  • Hava kompressorlarının (mərkəzdənqaçma, vintil, porşenli) təmiri
  • Klapanların təmiri
  • Elektrik və nəzarət-ölçü cihazlarına xidmətlər (quraşdırma və istismara vermə)
  • Elektrik mühərriki, generator və alternatorların təmiri (dəyişən və sabit) cərəyanlı, aşağı və yuxarı gərginlik)
  • Qaz turbin generatoru və qaz turbin kompressor qurğularının təmiri
  • Kimyəvi maddələrin təchizatı (suyun emalı və texniki emal)
  • Mexaniki-montaj işlərinin başa çatdırılması
  • Aktivlərin idarə olunmasına dair həll yolları
  • Üst ötürücü sistemli (Top Drive) qazma qurğusuna göstərilən xidmətlər
  • Anbarın və inventarın idarə olunması
  • Prosesə nəzarət (mövcud sistemlərin yenilənməsi və təkmilləşdirilməsi)
  • Avadanlığın vəziyyətinə nəzarət (profilaktik təmir)

 

Ətraflı