Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Oil Services Direktorlar Şurasını daha da gücləndirib

17.04.2021

“Nobel Oil Services” şirkətlər qrupu daha iki yeni üzvünü - cənab James Cowie və cənab Richard Duff-ı Direktorlar Şurasına qəbul edib. 

Enerji sənayesində 40 ildən çox zəngin təcrübəyə malik cənab Cowie 20 il BP-də yüksək vəzifələrdə çalışmışdır. O, ən son BP-nin Qlobal Quyu Əməliyyatlarında vitse-prezident vəzifəsində çalışmışdır. Bundan öncə cənab Cowie BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə, daha əvvəl isə Böyük Britaniya və Norveçdə (Şimal dənizi) quyularının istismarı üzrə vitse-prezident olmuşdur.

Cənab Duff isə Böyük Britaniya, ABŞ və Yaxın Şərq ölkələrində enerji sənayesində 30 illik iş təcrübəsinə malikdir. O, həmçinin 17 il enerji sənayesində Böyük Britaniyanın aparıcı beynəlxalq mühəndislik şirkətlərindən biri olan “Wood Group”da Strateji Layihələr üzrə Prezident və digər rəhbər vəzifələrdə çalışmışdır.

Direktorlar Şurasında əvvəlki illərdə təmsil olunaraq Direktorlar Şurasının fəaliyyətinə töhfə verən Eamon Gorman vəzifəsini tərk etmişdir. 

NEQSOL Holding-in tərkibinə daxil olan “Nobel Oil Services” neft və qaz sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. “Nobel Oil Services Group”a aid olan şirkətlər fəaliyyətlərini uğurla genişləndirərək, qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, təchizat və təkmilləşdirilmiş neft bərpa xidmətləri göstərir.“Nobel Oil Services” şirkətlər qrupu daha iki yeni üzvünü - cənab James Cowie və cənab Richard Duff-ı Direktorlar Şurasına qəbul edib. 

Enerji sənayesində 40 ildən çox zəngin təcrübəyə malik cənab Cowie 20 il BP-də yüksək vəzifələrdə çalışmışdır. O, ən son BP-nin Qlobal Quyu Əməliyyatlarında vitse-prezident vəzifəsində çalışmışdır. Bundan öncə cənab Cowie BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə, daha əvvəl isə Böyük Britaniya və Norveçdə (Şimal dənizi) quyularının istismarı üzrə vitse-prezident olmuşdur.

Cənab Duff isə Böyük Britaniya, ABŞ və Yaxın Şərq ölkələrində enerji sənayesində 30 illik iş təcrübəsinə malikdir. O, həmçinin 17 il enerji sənayesində Böyük Britaniyanın aparıcı beynəlxalq mühəndislik şirkətlərindən biri olan “Wood Group”da Strateji Layihələr üzrə Prezident və digər rəhbər vəzifələrdə çalışmışdır.

Direktorlar Şurasında əvvəlki illərdə təmsil olunaraq Direktorlar Şurasının fəaliyyətinə töhfə verən Eamon Gorman vəzifəsini tərk etmişdir. 

NEQSOL Holding-in tərkibinə daxil olan “Nobel Oil Services” neft və qaz sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. “Nobel Oil Services Group”a aid olan şirkətlər fəaliyyətlərini uğurla genişləndirərək, qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, təchizat və təkmilləşdirilmiş neft bərpa xidmətləri göstərir.